Zülfüqar Süleymanovdan “Bakı Beynəlxalq Kuboku”nda gözəl çıxış!

Azərbaycanlı atletlər IWF Grand Prix – “Bakı Beynəlxalq Kuboku”nda yarışa qoşulublar. Zülfüqar Süleymanov və Valentin Xristov 62 kq çəki dərəcəsində “A” qrupunda medallar uğrunda mübarizə aparıblar. Hər iki idmançımız uğurla çıxış edərək medalçılar sırasında yer alıb.

London Olimpiya Oyunlarında 56 kq çəki dərəcəsində bürünc medal qazanan Xristov bu dəfə daha ağır çəkidə çıxış edib. Buna baxmayaraq, gənc atlet bütün rəqiblərini üstələyərək qızıl medallara sahib çıxıb. O, toplam 302 kq (132 kq + 170 kq) çəki ilə ən yaxın izləyicisini 20 kq qabaqlayıb! 2-ci yeri tutan türkmənistanlı Umurbek Bazarbayev 282 kq (130 kq + 152 kq) nəticə göstərərək gümüş medal qazanıb.

3-cü yeri isə təcrübəli idmançımız, “Zirvə” İdman Klubunun ən güclü nümayəndələrindən biri Zülfüqar Süleymanov tutub. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək toplamda 280 kq-la (122 kq + 158 kq) bürünc medallara sahib çıxıb.

Təbrik edirik!

SHARE
Şərh yaz